EŞŞƏYİN ŞİKAYƏTİ

       Bu gün heyvanların şahı Şirin qəbul günü idi. Sağında  vəzir,  vəkillər, solunda əyanlar oturmuşdular. Şikayətçilərin çox olmasına baxmayaraq şah onları diqqətlə dinləyərək vəzir və vəkilləri ilə məsləhətləşərək qərar qəbul edirdi. Qəbul növbəsi Eşşəyə çatdı. Eşşək altında yaşadığı ağacın gövdəsində yuva salmış bülbüllərdən uzun-uzadı şikayətə başladı:
-Bu bülbüllər mənə gün vermirlər. Oxumaqları məni təngə gətirib. Biri oxuyub qurtara ya qurtarmaz o biri başlayır. O qurtarmamış bu biri başlayır. Nə qədər oxumaq olar? Oxumağında bir qaydası, bir qədəri olar da. Odur ki, bülbüllərin əlindən zara gəlib sizə pənah gətirmişəm. Ricam da odur ki,bu məsələni ədalətlə həll edəsiniz.
Şah heç vaxt Bülbül səsi eşitməmişdi. Ona görədə qərar verməyə tələsmədi. Vəzir və vəkillərinə əmr etdi ki, göylərin şahı Qartaldan xahiş edin ki, eşşəyin şikayət etdiyi bülbüllərdən iki nümayəndənin buraya gəlməyini təmin etsin. Qartal bu xahişi yerinə yetirdi. Şah üzünü qartala tutub dedi:
-Getməyə tələsmə. Mənə bu münaqişəni həll etməkdə yardımçı ol. Göydəki quşları mən o qədər də tanımıram. Səhv qərar verərəm.
Məhkəmə quruldu. Sorğu-sual başladı. Şahın əmriylə bülbüllər oxumağa başladı.  Cəh-cəhin səsi meşəyə yayıldı. Quşlar da ,heyvanlar da bu səsə yığışırdılar.  Şah gözünü yumub qulaq asırdı. Get-gedə yorğunluğu,ağırlığı azalırdı. Üz-gözünü turşudub qurcalanan təkcə Eşşək idi. Ona ən pis təsir edən , Bülbüldən şikayət etdiyi halda  hamı sakitcə dayanıb  Bülbülə qulaq asırdılar. Səbri çatmadı. Dərindən nəfəs alıb  anqırmağa başladı. Bir dəqiqənin içərisində aləm bir-birinə qarışdı.  Şirin ovqatı pozuldu. Məhkəmə  davam edirdi.
Şir Eşşəkdən soruşdu:

       -Səni narahat edən bu səsdimi?
-Bəli şahım.
-Bir sualıma da cavab ver.O ağacda birinci sən məskən salmısan,yoxsa bülbüllər?
-Bülbüllər.
Şir,Qartallı və vəzir, vəkilini məşvərətə çağırdı. Uzun-uzadı müzakirədən sonra belə qərara gəldilər ki,  bülbüllər həmin ağacda birinci məskən saldıqları üçün yerlərində qalsınlar. Onlara qonşu olmağa Eşşək yox, heyvanların şahı-Şir layiqdir. Qartlın məsləhəti ilə Eşşək üçün yaşamağa qarğalar yaşayan ağacın altında yer ayrılır. Eşşək kör peşman idi, şikayəti qəbul olunmamışdı. Üstəlik yaşadığı yerə şah köçmüşdü. Bu da ona  dərd olmuşdu. Fikirləşirdi ki, mənim kimi ağıllı eşşək orda yaşaya bilmədi, görəsən şah necə yaşayacaq?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma