DƏLƏ VƏ QABAN

          Meşənin dərin və çox sakit yerində bir dələ öz ailəsi ilə birgə neçə illərdi ki,qocaman gövdəli  palıd ağacında yuva quraraq rahat yaşayırdı. Yay-yaz vaxtı yemşan, əzgil, zoğal və digər meyvələrlə gündəlik ailənin azuqəsini təmin edər, payızın axırında isə heç də uzağa getmədən yaşadıqları palıdın qozalarından toplayıb qışı rahat keçirərdilər.
Payız qurtarmışdı, qışın ilk günləri idi, havalar tez qaralmağa başlamışdı. Dələ balalarını başına yığıb uzun gezələr tez keçsin deyə  hər axşam nağıl danışırdı. Qulağına çöldən səs gəldi. Gah xorultu,gah da xırçıltı gəlirdi. Neçə illərdi ki, burda yaşamağına baxmayaraq birinci dəfə idi ki, belə səs eşidirdi.  Bu səsdən narahat olan dələ çöldə soyuq olmağına baxmayaraq, başını bayıra çıxarıb səs gələn tərəfə baxdı. Səs  ağacın dibindən gəlirdi. Ağacdan endi. Gördüyü mənzərəyə mat-məətəl qaldı. Böyük bir qaban yorulmadan palıd ağacının kökünü eşirdi.  Qırılmış  kökləri  də  kənara tullayırdı. Dələ cəld onu qabağını kəsdi:
-Sən nə edirsən? Neçə illərdirki, burada yaşayırıq. Əcdadlarım da bu ağacda yaşamışlar.
Qaban isə öz işində idi. Dələnin sözü onun heç vecinə də deyildi.

Dələ bərkdən qışqırdı:

-Dayan?

      Qaban üzünü belə dələyə tərəf çevirmədən donquldadı:
-Qışqırıb hay-küy salmağın əbəsdir. Bura mənim xoşuma gəlir.Yuva qururam.
-Heç vaxt eşitməmişəm ki, qaban palıd ağacının köklərinin altında yuva qursun. Sənin bu cür yuva qurmağının nəticəsi yaxşı olmayacaqdır.Sən ki, bu ağacın qozalarını bizdən çox sən yeyirsən.
Dələ nə qədər danışsa da, izah etsə də, öyüd nəsihət versə də xeyri olmadı ki olmadı. Qar getdikcə  güclənirdi. Dələ üşüyürdü. Bu yandan da narahat balaları  yuxarıdan onu səsləyirdilər. Yuvasına qayıtdı.
Yaz gəlirdi. Quşlar cəh-cəh vurur, dovşanlar atılıb düşür, qısası meşədə yaşayan bütün quşlar və heyvanlar şadlıq edirdi. Gündən-günə ağacların yarpaqları  meşəni yaşıl örtüyə bürüyürdü. Dələ kədərli idi.Qöcaman palıd  tumurcuqlanmadı.Çarəsiz qalan dələ  ailəsini başına yığıb dedi:
-Balaların biz də, bizim əcdadlarımız da neçə illərdir ki, bu əyilməz qocaman palıd ağacında yaşamışıq. Gördüyünüz kimi bu ağac quruyub. Səbəb isə bizi başa düşməyən nankor, mənfur təzə qonşumuz qaban olmuşdur. o bunu qəsdən etmişdir ki, burda yaşaya bilməyib çıxıb gedək. O öz əməli ilə bizim də ruzimizi kəsib, özünün də. Hələ üstəlik bizi dədə-baba yurdumuzdan da didərgin salır. Hələlik  müvəqqəti olaraq başqa yerə köçüb yaşamağa məcburuq. Amma bu ağılsız qonşu qanmır ki, qurumuş palıdın kökündən yenisi çıxacaq və biz yenidən dədə-baba yurdumuza qayıdacağıq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma