ÇARƏSİZ BAĞBAN

Yaşlı bir bağban vardı.Onun  ürəyi çox yumşaq idi. Çox da böyük olmayan bağında kirpi və dovşan məskən salmışdı. O, hər il ağacların arasında tərəvəz əkirdi. Dovşan da hər il bu tərəvəzi pis günə qoyaraq axırına çıxırdı.Hər ildə bağban tərəvəz əkərkən kirpi dovşanı tapıb ona öyüd-nəsihət verirdi ki, bu yaramaz əməlindən əl çəksin. Tərəvəzi  yeyib qurtarmasın. Səbrli olsun. Onsuz da turpun,çuğundurun,yerkökünün , kələmin yarpaqlarını bağbana lazım olmur.  Sadaladıqlarımdan  başqa bağbanın sayəsində burda rahat, təhlükəsiz yaşayırıq. Bir-iki gün qarnını doyurmaq üçün təzə əkilmiş tərəvəzi yeməklə çox pis hərəkət edirsən. Elədiyin əməlin axırı yaxşı olmayacaq.  Mənim əlimdən heç nə gəlmir. Ancaq qorxumdan ilanlar, kərtənkələlər  bağa keçə bilmir.Siçanları,danadişiləri,qurdları, ilbizləri də qoymuram ki, tərəvəzi yesinlər.
Dovşan kirpiyə cavab verdi:
-Axı sənin sadaladıqların məni bacarmıram.
-Elədir.  Amma başqa cür bağbana kömək edə bilərsən.
-Axı,nə edə bilərəm?
-Sənin tamahın itidir. Saxlaya bilmirsən. Kələmin üstünə elə cumurrsan ki,yazıq kələm yumruq boyda olmağa belə macal tapmır. Əyər tamahını saxlaya bilsən,tərəvəzin içində bitmiş alaq otlarıyla da kifayətlənə bilərsən. Alaqları yeməklə bağbana kömək etmiş olarsan. Onsuz da o alaqları bağban kətmənləyir. Həm də oğru pişik kimi bağbandan gizlənməzsən.
Dovşan başını aşağı salıb qulaq asırdı. Fikri isə tərəvəz əkən bağbanda idi.
Səhəri gün bağban tərəvəzə keçdi ki, dünən əkdiklərini sulasın. Gözlərinə inanmadı. Bu dəfə lap azğınlaşmışdılar. Elə bil heç dünən tərəvəz əkməmişdi. Başını aşağı salıb pərişan halda tərəvəzdən çıxdı. Çox məyus olmuşdu. Bilmirdi nə etsin. Ürəyini boşaltmaq üçün çox da uzaqda olmayan dostunun yanına getməyi qərara aldı. Dərdini dostuna danışdı. Dostu ona dedi:
-Səni başa düşürəm.Çox zəhmətkeş adamsan.Ancaq bununla iş bitmir. Əkdiyini,becərdiyini də qorumağı bacarmalısan.
-Axı, mən nə edə bilərəm? Yaşlı adamam, ancaq gündüzü orda oluram.Gecəni qala bilmirəm.
-Orda niyə qalırsan?
-Yaxşı, bəs onda  nə edim?
-İndi görərsən.Gözlə gəlirəm.
Dostu qucağında  bir küçüklə qayıtdı:
-Bunu bağışladım sənə.Tərəvəzinin ən yaxşı qoruqçusu olacaq.
Bağban dostu ilə sağollaşıb evə belə getməyib birbaşa bağa gəldi. Bağban küçüyü bağa buraxdı. Küçük bağa buraxılan kimi hürə-hürə nə isə axtarmağa başladı. Bağban gördü ki, küçük bir dövşanı qovur. İndi başa düşdü ki,əkdiyi tərəvəzi tələf edən dovşan imiş. Qovhaqov çox çəkmədi. Dovşan çəpərdən bir yer tapıb güclə canını qurtardı.Gecənin bir vaxtı kirpi gördü ki, onu çağırırlar. Çölə çıxdı. Çəpərin o üzündə Dovşan əsə-əsə dayanmışdı,dili söz tutmurdu:
-Kirpi qardaş,çöl canvar,çaqqal və tülkü ilə doludur,hələ şiri,pələngi demirəm.Çox qorxuram.Bir daha sənin sözündən çıxmayacağam.Gəlim səninlə yaşayım.
-Mən istəsəm də mənimlə yaşaya bilməzsən.Tikanlarım qoymaz. Tikansız da mən yaşaya bilmərəm. Daimi düşmənim,əlimdən yanıqlı olan ilan tikanlarımı çıxaran kimi məni o dəqiqə sancıb öldürər. Heç bağa da çıxa bilməzsən. Küçük gecə-gündüz qoruyur. Gərək əvvəlcədən fikirləşəydin. Sonrakı peşmançılıq fayda verməz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma