QALSTUKLU FƏHLƏ

İş yerimin yaxınlığında kabel çəkənlər işləyirdilər.Səkini hardasa yarım metr dərinliyində qazımışdılar.Kabel çəkilib qurtarsa da üstünü örtməyib getmişdilər.İş yerimə bitişik orta məktəb yerləşir.Uşaqlar yavaş-yavaş məktəbdən çıxırdılar.Kiçik yaşlı məktəbliləri  aparmağa valideynlər, baba və nənələr də gəlirdilər.Səkidən  keçmək mümkün deyildi. Məcbur olub avtomobil yoluna çıxırdılar.Qazılmış yerə yaxınlaşdım. Bir qədər kənarda tanıdığım yaşıllaşdırma idarəsinin işçisi əlində bel işləyirdi.Yaxınlaşıb əlindəki beli on dəqiqəlik mənə verməyini xahiş etdim.Etiraz etmədi. Kabelin üstünün bir hissəsini yəni adam keçə bilən qədər doldurmağa başladım.Bir şey qalmamışdı.Artıq tək-tük deyinə-deyinə keçənlər  olurdu.Bir cavan xanım lap ağ elədi:
-Yolu kəsmisiniz.Qazanda qazırsınız, dolduranda can çəkirsiniz.Camaata zülm edirsiniz…
Gördüm ki, yox,bu qadının nə dilini saxlamaq,nə də ki, keçib getmək fikri yoxdur. Ə
l saxladım.Özümü dikəldib,qadına tərəf çevrilib,qabağında düz dayandım.

     -Xanım,mənə  bir yaxşı bax.Fəhləyə oxşayıram?
Qadın diqqətlə mənim səliqə ilə daranmış ağ saçlarıma, dümağ köynəyimə,qara kostyumuma,  qalstukuma, ,bir dəki əlimdəki belə baxaraq donub qalmışdı.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma