ƏLİL QADIN

Nahar fasiləsi idi.Fontanlar bağında çayçıda oturub çay içirdik. Parkda süni arxlar çəkilmiş,   üstünə oval formalı körpülər salınmışdı.Parkın gözəlliyi xoş  təəsürat yaradırdı.Xəyalən -zümü Venetsiyada hiss edirdim.Nəzərim körpünü keçmək istəyən yaşlı bir qadına sataşdı. İş yoldaşlarıyla birgə söhbət edən oğlum Kamran onlardan ayrılıb qadına  yaxınlaşıb körpünü keçməkdə kömək edir.Ürəyim lap pis oldu. Qadın iki qoltuq ağacı ilə zorla gəzirdi.Bildim ki, buralara bələd adam deyil.Yoxsa bir qədər aralıdan körpüsüz rahat yerdən keçməyə yer vardı. Qadın körpünü keçdi. Uzaq da olsa anlaşılırdı ki, qadın minnətdarlıq edir.  Kamran və iş yoldaşları  bizə tərəf gəlirdi.Yaxınlaşandan sonra gördüm ki,zənnimdə yanılmışam.Bu adamlar Kamranın iş yoldaşları  idi. Hamısı eyni geyinmişdi. Boy-buxun oxşarlığı olduğu üçün səhv salmışdım. Onların içində Kamran yox idi. Sevinirdim. Fərəh hissi,qürur duyurdum.Ona görə ki, utanc gətirənlər olsa da ləyaqətli cavanlarımız kifayət qədərdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma