YARALI TISBAĞA

Bu əhvalat çoxdan olub. Minik avtomobili ilə Xaçmaz Quba yoluyla gedirdim. Sürətlə sürmürdüm.  Çuxur körpüyə çatmamış bir jiquli gəlib məni sürətlə keçdi. Keçəndən sonra gördüm ki, körpünün üstündə nə isə çapalayır.   Körpünün üstündə avtomobil saxlamaq qadağan olmasına baxmayaraq   avtomobili saxlayıb mühərriki  söndürmədən düşüb cəld o gedib onu yerdən qaldırdım.  Tısbağa idi.  Çanağının sınmağına baxmayaraq sağ qalmışdı.  Nə edəcəyimi bilmirdim.  Bu yandan da körpüdən keçmək istəyən avtomobillərin səs siqnalları məni əsəbləşdirir və bir qərara gəlməyimə mane olurdu. Yaralı tısbağanı belə  buraxmaq olmazdı.  Təbii ki, öləcəkdi.  Qərara gəldim.  Ən yaxşısı budur ki, evə aparım.  Avmobilə əyləşərək körpünü keçib yolun kənarında saxladım.  Mənim təqsirim ucbatından tıxaca düşmüş sürücülər kimi əl işarəsi, kimi  səs siqnalları  vasitəsilə münasibəsibət bildirərək keçib gedirdilər. Mən Quba yolunun kənarında yerləşən Yergüc kəndinə çay içməyə gedirdim. Kefim pozulmuşdu, daha çay içmək həvəsim qalmamışdı.  Avtomobili geri qaytarıb evə gəldim.  Kamran və Araz hələ kiçik idilər. Əlimdəki tısbağaya baxırdılar. Birinci dəfə idi ki, görürdülər. Hər ikisi  tısbağanı əlimdən alıb baxmaq istəyirdi.  Həyat yoldaşımı çağırdım. Tısbağanı bu halda görüb pis oldu.  Dedim ki,evdən antibiotik maz, bir də tənzif gətir. Yaralı yerə maz sürtüb tənciflə yüngülvari sıxaraq bağladım.  Tısbağanı yerə buraxdım.  Uşaqlarada tapşırdım ki, “ufuşdur” əl vurmasınlar.  Günlər keçdikcə tısbağa sağalırdı. Kamran və Araz əməlli başlı tısbağaya qulluq edirdi. Tısbağa sağalmış , övladlarımdan başqa qonşu uşaqlarının da sevimlisinə çevrilmişdi. Daha qınına çəkilmirdi. Özünə həyətimizdə yuva qurmuşdu.Təxminən bu tısbağanın bizə gəlişindən on il keçmişdi.Uşaqlar artıq böyüyüb yeniyətmə olmuşdu.Amma buna baxmayaraq evə gələn kimi, hər ikisi tısbağayla maraqlanıb, uşaqlıqda olduğu kimi ona qulluq edirdilər.Bir gün isə evə gəlib gördüm ki, narahatdırlar.İkisi də birdən sorudu?
-Ata,tısbağanı görməmisən?
-Yox görməmişəm.
Ailəlikcə tısbağanın axtarışına çıxdıq. Həyət-bacada daha elə bir yer qalmadı ki,axtarmayaq. Tapılmadı ki,tapılmadı. Ümüd edirdik ki, hardadırsa gəlib çıxacaq. Lakin tısbağa gəlib çıxmadı. Çox məyus olmuşduq.
Tısbağanın itməyindən bir neçə il keçdi. Qaynım bizə qonaq gəlmişdi.  Ordan-burdan söhbət edirdik. Söz nədənsə tısbağadan düşdü.Qaynım dedi:
-Bir gün sizə gəldim. Evdə yox idiniz. Gördüm ki, həyətin tən ortasında iri bir çanağı çapıq bir tısbağa var. Çox qəribə tısbağa idi. Heç qınına çəkilmədi.Gəlib yanımda dayanıb, ayağımı “qıdıqlamağa” başladı. Yazzığım gəldi maşına qoyub Ağçaydan keçərkən, tısbağanı çaya buraxdım. Hamımız  susmuşduq. Qaynım təəcüblə soruşdu:
-Nə oldu sizə?
Biz əhvalatı ona danışdıq. Bizdən üzr istədi ki, bilməmişəm.
Biz tısbağa itərkən kədərlənmişdik. İndi isə sevindik ki, sevimli  tısbağamız  azadlıqda, təbiətin qoynundadır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma