OĞURLANMIŞ KİRPİ

Məni Çaxçaxlı kəndinə çay içməyə dəvət etmişdilər.Bu kənd Xaçmazdan uzağı iki km aralıda Quba yolunun üstündə yerləşir.Axşamüstü avtomobili  gedəcəyim evin qabağında saxlayıb maşından düşdüm.Həyət evinin qabağıda bir maşın da dayanmışdı. Yanından ötəndə gözüm arxa oturacağın üstündəki karton qutuya sataşdı.Sataşdı deyəndə həmin qutu tərpəndiyi üçün nəzərimi cəlb etmişdi.Maşının sahibi iş yoldaşım idi. Çəkinmədən arxa qapını açıb qutunun içərisinə baxdım.Qutuda kirpi varıydı.Azad olmaq üçün çalışırdı.Maşının qapısını örtdüm.Küçə qapısını döyüb həyətə keçdim. Salamlaşaraq keçib süfrə arxasına  oturdum.Fikrim kirpinin yanında qalmışdı.Qonaqların sayı artdıqca məclis get-gedə qızışırdı.Çay süfrəsi yeyib içmək məclisinə çevrilmiş. Qulağıma belə bir səs gəldi:
-Deyirlər kirpi əti ləzətli olur,özüdə dərmandır.
Kirpinin nə səbəbə tutulduğu məlum oldu. Qarışıqlıqdan istifadə edib çölə çıxdım.O tərəf-bu tərəfə baxıb məni heç kimin görmədiyinə əmin oldum.Maşının arxa qapısını açaraq kirpini qutudan götürüb öz maşınımın baqajına qoydum. Qutunu yana çevirib arxa qapını da azca aralı saxladım.Gəlib yenidən süfrə arxasında oturdum. Artıq gecə yarını keçirdi, məclis isə hələ də davam edirdi. Sağollaşıb evə gəldim.Kirpini də bağımıza buraxdım.Kirpinin bizə gəlişindən üç-dörd ay keçmiş, qış qurtarıb yaz gəlmişdi.Ağaclar tumurcuqlanırdı. İstirahət günü uşaqlar mənə təklif etdilər ki, bağa keçək.Kamran,Araz qabaqda mən də onların dalınca gedirdik.Birdən Kamran -“uf” deyə qışqıraraq yerə oturub ayağını tutdu.Çaşıb qaldıq ki, görəsən nə oldu.Sən demə ayağı bala kirpiyə ilişibmiş.Ana kirpinin yanında üç balası vardı.Qəribədir ana kirpi yumurlanmaq əvəzinə qap-qara xırda gözləriylə mənə-öz xilaskarına baxırdı.Bu əhvalatın üstündən otuz ildən çox keçməsinə baxmayaraq indi də bağımızda “oğurlanmış” kirpinin nəsli yaşayır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma