Uzunqulağın dərdi

Ana uzunqulaq arabaya qoşulmuşdu. Arabanı nəyi var  yükləmişdilər. Yenicə doğulmuş balanı da bir neçə metrlik iplə arabaya bağlamışdılar. Bala dəcəllik edirdi. Nəhayət ana dilləndi:
-Ay bala, onsuzda yüküm ağırdır. Səndə bu yandan məni incitmə. Sakitcə arabanın arxasınca gəl. Bala  dilini də dinc qoymurdu:
-Ana bu nədir yükləyiblər? Bunları hara aparırıq? Niyə biz aparırıq? Bunlar hamısı bizimdi?
Uzunqulaq axır ki,bu sorğu-suala dözməyib ayaq saxladı.Dərindən nəfəs alıb kədərli-kədərlə dilləndi:
-Bu yükü mən öz xoşumla daşımıram, bala. Bunu mənə insanlar  zorla daşıtdırırlar. İşləmək gücüm olmayandan sonra  həyətdən qovacaqlar. Məcbur olub çölə, meşəyə gedəcəyik ki, özümüzü bir təhər dolandıraq. Axırdada  canavara,caqqala, tülküyə yem oluruq. Biz  ot yeyərək dolanırıq. Amma insanlar ədlətsizdirlər. İl boyu işləməyimizə baxmayaraq, zəhmətimizə qiymət vermirlər. Biz də çarəsizlikdən yaşamaq xatirinə dözürük. Ancaq məni ən çox yandıran odur ki, otun ən yaxşısını qoyuna yedizdirirlər. Qoyundan qalan artıq-urtuğu isə bizə yedizdirirlər. Hələ bu azmış kimi öz adımızı qoyub, bizə eşşək deyirlər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma