Məktəb dolabındakı asılqan

Əmək təlimi dərsində müəllim bizə ev tapşırığı verdi:
-Taxtadan bir şey düzəldib gələn dərsimizdə gətirərsiniz.

Nə düzəldəcəyimi bilmirdim.Nəhayət taxtadan bir paltar asılqanı düzəldib  apardım.Hərə bir şey düzəltmişdi. Şagirdlərin içində ən sadəsi mənim düzəltdiyim asılqan idi. Zəng vuruldu.Qəribədir bütün şagirdlərin düzəltikləri sinifdə qaldı,amma mənim düzəltdiyim asılqanı müəllim özü ilə apardı.
İllər keçdi.Bir gün iş yerimdən cəmiyyətin xətti ilə həmin təhsil aldığıTəsvirm məktəbə mühazirə oxumağa göndərdilər.Təbii ki, məktəbdə məni hörmətlə qarşıladılar.Axı mən onların yetişdirməsi idim. Cavan müəllimlərdən biri mənə yaxın gələrək müraciət etdi:
-Müəllim zəhmət olmasın plaşınızı çıxarın dolabdan asım.
Zarafatla cavab verdim ki,hələ qocalmamışam özüm asaram və dolaba tərəf getdim ,qapısını açdım. Yyerimdə dondum.Məktəbli olarkən düzəltdiyim həmin asılqan dolabda idi.Başa düşmədiyim sualın cavabını,yəni niyə məhz mənim düzəltdiyim sadə bir asılqanı müəllimin apardığını indi başa düşdüm. Elə bildilər ki, mənə nə isə olub.
-Müəllim.
Xəyallardan  ayrıldım.Plaşımı öz düzəltdiyim asılqana keçirib,dolabdan asdım.Kövrəlmişdim.Mənim üçün stəkanda gətirilmiş sudan bir qurtum içdm. Heç kim mənim kövrəlməyimin, doluxsunmağımın səbəbini bilmirdi.Mən isə elə indicə tək qalmağ və hönkürtüylə ağlamaq istəyirdim. Özümü  ələ almağa çalışırdım. Məktəb kollektivində ən yaşlı olan kitabxanaçı Zəbihə müəllimə(dostumun anasıdır,biz onu həmişə müəllimə çağırırdıq) yaxınlaşaraq əlini alnıma qoyub dedi:
-Oğlum sənə nə oldu? Özünə gəl.
Bu təskinlik məni yüngülləşdirdi.  Müəllimlər də kövrəlməyimin səbəbini bilməsələr də, onlar da körəlmişdilər.Bu sükut bir neçə dəqiqə davam etdi.Stəkandakı sudan bir qurtum da içərək, bir təhər özümü ələ alıb mühazirəyə başladım. Səsim titryirdi.Elə bil  uclaslarda, konfranslarda mühazirə deyın mən deyildim:

-Əzizlərim.

   Özümə özümə sual verdim.Niyə müəllim demədim?.Bu suala cavab tapmamış təkrarən, “-Əzizlərim” deyərək mühazirəni davam etdim.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma