Kağız xəkandaz

Əmək təlimi dərsi idi.  Mirzə müəllim(allah ona rəhmət eləsin) yazı lövhəsində tənəkə dəmirdən necə xəkandaz düzəltməyin sxemini çəkərək izahat verirdi.
Səbrim çatmadı.  Görəsən mən bunu düzəldə bilərəmmi?   Nə isə şagird dəftərimdən bir qoşa vərəq çıxarıb tutacaqsız bir xəkandaz düzəltdim.
Mirzə müəllim bizə müraciət edərək soruşdu.
-Başa düşdünüzmü?
Heç kimdən səs çıxmadı.  Müəllim gözü iti olar deyiblər. Əlimdə nə isə tutduğumu görüb  yaxınlaşaraq qabağımda dayandı. Əlimdəki kağız xəkandazı alıb  diqqətlə baxırdı.  Kağız xəkandaza sinifdəki uşaqların demək olar ki, hamısı gülürdü. Bəziləri lap uğunmuşdu. Pərt olmuşdum. Mirzə müəllim əlini çiynimə qoyaraq dilləndi:
-Kağızdan olsada  düzgün düzəltmisən. Eybi yoxdur bu gün kağızdan düzəltmisən, sabah dəmirdən düzəldərsən. Sonra  əyilərək yavaş səslə qulağıma pıçıldadı:
-Bir qulp da qoyarsan.
Sevindim. Başımı qaldıraraq müəllimimə baxdım. Onun üzündə xoş, ürək oxşayan, səmimi bir təbəssüm gördüm.Həmin  təbəssüm həmişəlik yaddaşıma həkk olundu. İllər keçsə də  nə Mirzə müəllimi,nə də ki, o təbəssümü unutmamışam.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma