Bülbülün arzusu

Şahın taxtının yanında qızıl, gümüş və daş-qaşla bəzədilmiş qəfəsdə iki bülbül oxuyurdu. Elə bil ki, zərgər bütün məharətini bu qəfəsin düzəldilməsinə sərf etmişdi. Bülbüllərə şəxsən şahın özü qulluq edirdi.  Şah mehrini bu iki bülbülə salmışdı.
Bayırda gözəl bir yaz havası vardı. Şah taxtından durub pəncərəni açdı ki, otağın havası dəyişilsin. Nə fikirləşdisə qəfəsi götürüb pəncərəyə qoydu. Bayırdakı gül-çiçəyi, qollu-budaqlı yaşıl ağacları görüb, yaz havasını ciyərlərinə çəkən bülbüllər cuşa gəldilər. Şah da bülbüllərin həvəslə oxumasına heyranlıqla qulaq asırdı. Bir qədər cur oxuduqdan sonra bülbüllər sakitləşdilər və bayırı seyr etməyə başladılar.
Hardansa bir dəstə qarğa uça-uça gəlib bağçaya qondu.Qarğalar atılıb düşməyə, qarıldamağa başladılar. Onların səs-küyü və qarıltısından qulaq tutulurdu. Arabir də yaxınlıqdakı hansı ağacdasa bayquş ulayırdı. Qarğaların hay-küyü və bayquşun müdhiş səsi şahın zəhləsini tökdü. Ayağa durub pəncərəni örtdü, qəfəsi  yenə gətirib taxtının yanına qoydu. Sakit bir sükut çökdü. Bu sükutu bülbüllərdən biri pozdu:
-Kaş ki, gözəl olmayaydıq. Bütün dünya bizim səsimizin ,  gözəlliyimizin vurğunu olmayaydı. Kaş ki, biz də qarğa olaydıq, bizim oxumağımızı eşidən qulağını tutaydı. Lap elə bayquş  o
laydıq. Onlar kimi budaqdan budağa qonaydıq. İstədiyimiz yerə uçaydıq, yuva quraydıq. Bala çıxarıb böyüdəydik.  İndi mən heç bala çıxarmaq arzusunda da deyiləm. Yazıq balalarımız da bizim kimi ömürlərinin sonlarına qədər qəfəsdən başqa heç nə görməyəcəklər. Bizi böyük bir məmləkətə hökm edən şahın özü yedirtsə də belə, bizə nuş olmur. Kaş ki, mən nə o qarğaları görəydim, nə də bayquşun səsini eşedəydim.

Bülbül  qarğa ya da ki, bayquş olmaq arzusunu heç cürə başımdan çıxara bilmirdi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma