Aforizmlər

  1. İnsan ac olanda gözəllik onun gözündə sıfra bərabərdir.
  2. Heç kimin haqqını tapdalamaq olmaz.Bir gün o insanların ahı səni bu dünyada da olmasa axirətdə yandıracaq.
  3. Sən məni yandırsan dünyam yanar.
  4. İnsan ac olanda bülbülün səsi belə onu əsəbləşdirər.
  5. Hər bir insanın nöqsanı vardır. Qızılgülün də nöqsanı onun tikanlarıdır.Lakin gözəlliyi onun tikanlarını görünməz edir. İnsanların da əməli saleh işləri onun etdiyi səhvləri örtür.
  6. İnsanın haqqı tapdalandıqca onun qəlbində nifrət yaranır.Bu nifrətdən qorxun.
  7. Dostlarsız həyat ölü həyatdır.
  8. İmanlı insanlar allahın verdiyi ruziyə şükr edərək özünü varlı və tox olmaqla allahın qulu hesab edərlər. İmansız insanlar isə nə qədər varlı olsalar belə yenə acdırlar . Allahın qulu deyil , dünya malının qulu olaraq qalacaqlar.
  9. Biz bu dünyaya gəlməmişik.Allah bizi etdiyimiz günaha görə cənnətdən qovub.Əgər günahlarımıza son qoymasaq yəqin ki,indi də cəhənnəmə qovulacağıq.

10 Balıq üçün vaxtında verilmiş bir ovuc su,sonrakı bir dəryanın suyundan dəyərlidir.

  1. Sevgi kimini xöşbəxt,kimini isə bədbəxt edir.
  2. Kimisə gözləmək zordur,ümidsiz olaraq gözləmək isə faciə.
  3. Dünyada ən gözəl zövq,sevgi zövqüdür.Bu zövqün qədrini bilək.Zamanında bu sevginin xatirələrini qoyub gedəcəyik.
  4. Sevgi ləkəni sevmir.Ləkə düşərsə,bu ləkənin silinməz izi qalır.
  5. Sən axtarmırsan. O özü səni tapır. Bu sevgidir. Onun qədrini bilmək isə sənin əlindədir.
  6. Qəlbimizdə həmişə sevgiyə yer var.Bu yer o qədər genişdir ki,sonsuzdur.
  7. İnsan həmişə nə isə axtarir,nə isə gözləyir,nə isə…Heç özü də bilmir ki, bu nə isə nədir.
  8. Sevgi gəmisinin sükanı mənim əlimdə deyil.Bu sükan elə sevginin öz əlindədir.Mən də ki,bu sevginin əsiri.
  9. İstəyirsən ki,səni başa düşsünlər az danış, az cızma-qara et.Səni başa düşmək istəyən onlarsız da başa düşəcək.
  10. Nəqqaş nəqş etdi, amma adını yazmadı. Adı nəqşi cahan qaldı.
  11. Məni başa düşmək istəyirsənsə gözlərimə bax, arifsənsə hər şeyi görəcəksən.
  12. Eşşək istəyir ki, onu da tumarlasınlar,ona da nəvaziş göstərsinlər.Amma qanmır ki, onun bu tumara, bu nəvazişə anqırmaqla,ağnamaqla,təpik atmaqla olan cavabı heç kimin xoşuna gəlmir.
  13. Heykəlin üzündə nur taparsan.Sevgidən məhrum olan insanın üzündə isə yox.
  14. İnsanların sevimlisi olsan. Öləndən sonra qəbrini də sevəcəklər.
  15. Eninə uzununa hər şeyi ölçüblər. Hələ ki,sevgini heç kim ölçə bilməyib,bilməyəcək də.
  16. Həyatda etdiyin səhvlərə görə zaman-zaman özünü bağışlayırsan.Sevgidə etdiyin səhvlərə görə isə ömrün boyu, heç vaxt.
  17. Sənətkarın yaratdığı onun ruhunun təcəssümüdür.
  18. Günahları bağışlamaq müdriklikdir.
  19. Mənə salam vermədin.
    -Verdim.

-Eşitmədim.
-Mən salamı baxışlarımla verdim.

  1. İtirdiyin varı,dövləti,sərvəti yenidən qazana bilərsən, qeyrətini, mənliyini isə heç vaxt.
  2. Bütün yer kürəsinin sərvətinə zorla sahib ola bilərsən,bir insanın sevgisinə isə yox.
  3. Sənsizlik kimsəsizlikdir, kimsəsizlik isə sənsizlik.
  4. Prizmanın neçə üzü olduğu məlumdur, yaltağın isə yox.
  5. Üşüyürəm. Məni üşüdən sənin soyuqluğundur. Elə üşüyürəm ki,yayın qızmar günəşi belə üşütməmi kəsməz.
  6. Ürəyim ürəyinlə döyünür, nəfəsinlə nəfəs alıram, gözlərinlə görürəm, ağlımı isə əlimdən almısan.Axı sən kimsən? Elə bilki qeybdən titrək bir səs gəldi:Mən sevgiyəm.
  7. Sevgi bulağından kimi ağ su içər, kimi qara su.
  8. Sevgi insanları bir-birinə polad zəncirdən də daha bərk bağlayır.
  9. Sevirsənmi?
    -Yox.
    -Heç kimi?
    -Heç kimi.
    -İnanmıram.
    -Doğru deyirəm.
    -Onda sən insan deyilsən.
  10. Məndə təqsir yoxdur. Dediklərimi kimi zəhərə, kimi gövhərə bənzədir.
  11. Məhəbbətin sehri bütün sehrlərdən güclüdür.
  12. Kainat da sonsuzdur, sevgi də.Kainat da tam dərk olunmayıb, sevgi də.
  13. Sevgisiz dünya ölülər dünyasıdır.
  14. Sözün qüdrəti min adamın qüdrətindən güclüdür.
  15. Surətin hamını lal eylər.Lalın isə dilin açar.
  16. Sevgidən yananın odunu bir dəryanın suyu belə söndürə bilməz.
  17. Sevgili günlər qısa.Sevgisiz günlər isə uzun olur.
  18. Qadının geyimi onun ləyaqətinin güzgüsüdür.
  19. Açıq-saçıq geyinən qadının əxlaqı sual altındadır.
  20. -Nə axtarırsan?
    -Çeşmə axtarıram.
    -Çeşmə burdadır.
    -Hanı?
    -Çeşmə mənim gözlərimdir.
    -Heç gözdən də çeşmə olarmı?
    -Məyər özün yaratdığına inanmırsan?
    Sükut…
  21. -Niyə mənə əyri-əyri baxırsan?
    -Mən oğrun-oğrun baxıram.Belə baxmağımı fikirləşmə, qəlbimin səsini eşit.
  22. Ariflər üçün söz sahibləri, qılınc sahiblərindən hörmətlidir.
  23. Əfsuslar ki, kələmlə kəlamı səhv salanlar var.
  24. Qadın dünyasından baş çıxaran hələ də bir kişi tapılmayıb.
  25. Elə adam var ki, onun üçün “Ağ gül,qırmızı gül,bir də sarı gül” mahnısı ilə “Qırmızı, yaşıl, sarı, Bakının işıqları” mahnısının heç bir fərqi yoxdur.
  26. Sən çayın bir sahilindən o biri sahilinə körpü sala bilərsən,amma bir könüldən bir könülə körpü salmaq çətindir.
  27. Tərs adam nə qədər tərs olub heç kimlə hesablaşmasa da, axırda əzrayılla hesablaşıb, inkir-minkirin suallarına məruz qalacaq.
  28. Fərhad Şirini sevməsəydi, Büsutun dağını çapmağa hünəri çatmazdı.
  29. Etibarı və sədaqəti göstərmək yox, etibarlı və sədaqətli olmaq lazımdır.
  30. Hər şeydən doya da bilərsən,bezə də.Sevgidən isə yox.
  31. Aqilin nuru , ilahidən gələn nurdur.
  32. Apağ pəncərəni mıxladı ki, ilham pərisi gəlməsin. Sevgi onu elə ovsunlamışdı ki, onun kim və yaxud nə olduğuna belə varmadan Nizamiyə qısqanırdı.
  33. Yuxarıdan aşağı baxanda uca dağlar da alçaq görünür. Amma, bu o demək deyil ki, uca dağlar alçaqdır.
  34. Sevgi də həyatın bir sınağıdır. Bu sınaqda ancaq sevənlər qalib gəlir.
  35. Sevgiylə oynamaq odla oynamaqdan da daha təhlükəlidir.
  36. Sözün yaratdığı gözəlliyə heç bir gözəllik çata bilməz.
  37. Hamı deyir ki, ağac bar gətirəndə başını aşağı salar. Amma heç kim demir ki,bu ağaca da bir dayaq lazımdır. Yoxsa sınar.
  38. Hamı böynu bükük deməklə bənövşəni böynubükük ediblər.Bəs niyə demirlər ki, yaz gələndə birinci bənövşə gül açır. Hamı çalışır ki, gül açanda bənövşəni birinci görüb, birinci dərib, birinci olaraq evdəkilərə, yaxın dostlarına hədiyyə edərək yazın gəlişini müjdələsin.
  39. Buludlar toqquşanda onları ildırım ayırır. İnsanları isə ağıl.
  40. Atalar deyib: gecənin xeyrindən, gündüzün şəri yaxşıdır. Amma bir şey anlamıram. Şər şərdir, xeyir də xeyir. Şər xeyirdən necə yaxşı ola bilər? Gecənin və yaxud gündüzün bura nə dəxli var? Görəsən bu atalar sözünü hansı ata deyib?
  41. İnsanın gözünün toxluğu onun dostu, nəfsi isə düşmənidir.
  42. Zahiri gözəlliyi, ağlın gözəlliyi rövnəqləndirir.
  43. Hər sözün cavabı olmaya bilər. Amma hər etdiyin əməlin cavabı vardır.
  44. Hər şeyin həddini bil. Aləmə nur ələyən günəşə də çox baxsan,nurdan qalarsan.
  45. Ata oğlunu onu etmə, bunu eləmə deyə-deyə, qadağalar qoya-qoya böyütdü və qəflətən bir gün oğul ataya titrək səslə qadağa qoydu: Nə olar, ata, ölmə…
  46. Gözəllik ağıllı qadına xoşbəxtlik, ağılsız qadına isə bədbəxtçilik gətirər.
  47. Qadının gülüşü kimini dağlar, kimini özünə bağlar.
  48. Bədbəxtliyini başa düşməyən insan “xoşbəxtdir”.
  49. Əlsiz ayaqsızlar deyil, əqidəsizlər şikəstdirlər.
  50. Əxlaqsız insanlardan cin bismillahdan qaçan kimi qaçın.
  51. Əqidəsiz gözəl qadının düşməni, elə öz gözəlliyidir.
  52. İnsanlara xeyir-dua vermək imandandır.
  53. Həyatda təsadüflər olmur. Təsadüf dediyimiz elə gözlənilənlərdir.
  54. Səhvlərindən ibrət götürüb nəticə çıxarsan, sonrakı peşmançılıq da fayda verər.
  55. Bu dünya gözəl dünya, bu dünya çətin dünya, bu dünya kəlbətin dünya.
  56. Vətəndə yeyilən yavan tikə, qürbətdə yeyilən yağlı tikədən daha dadlıdır.
  57. Hörümçəyə ona görə nifrət etmirəm ki, onun qurduğu tor görünür. Alçaq insanların qurduğu tor isə yox.
  58. Qapındakı allahın yetirdiyi ruzini qoyub qıraqda axtarma, yoxsa qapındakı ruzi də küsüb gedər.
  59. Ruzinin azı-çoxu yoxdur.Qədrini bilsən çox olar, bilməsən az.
  60. Ruzi allahdan gəlir. Ona şükr etmək isə imandan.
  61. Allah ruzini qədərincə hamıya bərabər verib.İntəhası insanlar bu ruzini öz əməlləriylə ya artırarlar ya da ki, azaldarlar.
  62. Əqidəli insanlarla ünsiyyətdə olmaq,gözlərimə nur, qəlbimə ruh verir.
  63. Ordunun gücü onun sayında yox, hünərindədir.
  64. Əsgər, sən yatmamısan, vətəni və məni qoruyursan. Öz-özümə ürəyimdə oxuyuram. İgid əskər, möhkəm dayan… və məni rahat bir yuxu aparır…
  65. Yüksək zirvələrə qalxmaq istəyirsənsə, birinci növbədə səbirli olmağı bacarmalısan.
  66. Gözəl olsada belə, tanımadığın meyvəni yemə, yoxsa ziyan çəkə bilərsən.
  67. Qadınlarla ünsiyyət qurarkən yaddan çıxarma ki, qızılgülün də tikanı vardır.
  68. Görürsənsə, eşidirsənsə, danışırsansa, əlin-ayağın sağdırsa, ağlın yerindədirsə, dünyanın ən xöşbəxt insanlarından birisən.
  69. Azadlığın qədrini, azadlıqdan məhrum olanlar bilər.
  70. İnsanlar Miçurindən çox Kalaşnikovu tanıyırlar. Gör nə qədər insafsızlıqdır.
  71. Qarışqa neyləyər dövləti, malı?
    Ancaq bir buğdadır onun amalı.
  72. Ey insan, nə qədər olsan da cavan,
    Yəqin qocalarsan unutma bir an.
  73. Uşaq olarkən, ulduzlara görə mübahisə edər, hətta dalaşaraq ,o mənimdi, yox mənimdi deyərdik. Nə qədər mənasız dava-dalaş olsa da çox gözəl günlər idi.
  74. Nə qədər etsən də qüssə, qəm,
    Düzəlməz min fikirlə  bir kəm.
  75. Sehirli çubuq, sehirli lampa, ağ atlı oğlan, sehirli qaz və sair təsəllidən başqa bir şey deyildir.
  76. Əynindəki paltarda olsada yamaq,
    Əməlin edər üzünü, mirvaridən ağ.
  77. Həmişə burnunu dik tutub gəzsən,
    Bir gün quyuya düşəcəksən.
  78. Günəşsiz həyat yoxdur. Amma ağac kölgəsinə də ehtiyacımız olur.
  79. Mərdiməzar olmaqla, evlər yıxmaqla birgə, özünə quyu da qazırsan və bu quyu get-gedə dərinləşir.
  80. Sənə inanana, səni sevənə qısqanmaq yanlışlıqdır.
  81. Səni sevənləri səndə sev, yoxsa tək qalacaqsan.
  82. Sevgiyə həmişə hörmətlə yanaş,

Olmasın ürəyin qapqara bir daş.

  1. Eşqin göylərindən yerə enmərəm,

Günəş tək nur saçıb heç vaxt sönmərəm.

  1. Atalar deyib:Hər bir qaranlıq gecənin bir gündüzü var.Gəlin yaddan çıxarmayaq ki,hər bir işıqlı gündüzün də bir qaranlıq gecəsi var.
  2. Tək olduğunuzu düşünməyin.Belə düşünmək imansızlıqdandır.
  3. Müəllim həmişə bizə yol göstərən sönməz mayakdır.
  4. İnsanın ruhu ilə sevgisi ayrılmaz əkizdirlər.
  5. Dünyanı nə qədər dərk etsən də sən,
    Zərrənin zərrəsin ancaq bilərsən.
  6. Özgə bostanına atdığın daşlar,
    Bir gün dolutək başına yağar.
  7. Asudə gəzməyinin sirri nədədir?
    -Nəfsinə sahib ol, olma cahangir.
  8. Sevgi dünyasında kimi anar,kimi yanar.
  9. Bütün qalalar zaman-zaman söküldü,dağıldı,

Söz qalsının şöhrəti aləmlərə yayıldı.

  1. Sevgi göylərində ucala bilsən,
    Sevgiyə qiymət verə bilərsən.
  2. Bütün dünyanın şair və yazıçıları sevgidən nə qədər yazsalar da bu mövzu heç vaxt tükənməyəcəkdir.
  3. Hakimin ədalətsizliyi insanı azadlıqdan məhrum edər.Müəllimin ədalətsizliyi isə ömürlük şikəst.
  4. Quzunu canavarlardan qoruyan it, insanlardan qoruya bilmədi.
  5. İnsan öz içindəki qorxuya, inamsızlığa qalib gəldikdən sonra qəhrəman ola bilər.
  6. Telinə baxdım, ürəyimin telləri titrədi.Ona görə də o qara gözlərinə baxmağa məndə ürək qalmadı.
  7. Sevgi göylərində sənin qanadlarınla uçuram.
  8. Nə qədər sözlərin olsada şirin,
    Sünidir baxışın, quyunsa dərin.
  9. Müəllim şagirdlərinə öz övladları kimi baxır.Onu onların ucalması fərəhləndirir, alçalması isə kədərləndirir.
  10. Heç vaxt ağlıma belə gəlməzdi ki, müəllimlər bizi necə sevir.
  11. Şairin özü burda olsa da, onun ruhu xəyalları ilə birgə dünyanı dolaşır.
  12. Sevgi əsirinin azadlığı, elə sevginin öz əlindədir.
  13. Ruzinin qədrin bilib şükr eyləsən,
    Həyatda həmişə sevinəcəksən.
  14. Alçaq yüksəkliklərə qalxa bilməz, alçağı yüksəkliklərə alçaqlar qaldırır.
  15. Gözəllik hamıya nəsib ola bilər.Amma hamıya xoşbəxtlik gətirə bilməz
  16. Cənnət alması yeməklə insan cənnətə düşə bilməz.
  17. Almazın qiyməti cilalandıqdan sonra bilinər.
  18. Öz qanadıyla uçar hər bir quş,
    Özgə qanadı ona yad olmuş.
  19. Fitnə-fəsadla qurulmuş həyat,
    Alt-üst olacaq bir gün heyhat.
  20. Ağacın bir budağı quruyubsa, o demək deyildir ki, ağac quruyub.
  21. Kimsənin qəbul edib-etməməsindən asılı olmayaraq,düz düzlüyündə,əyri isə əyriliyində qalır.
  22. Bütün qalalar zaman-zaman söküldü, dağıldı,
    Söz qalasının şöhrəti aləmlərə yayıldı.
  23. Əzizim, sənə cənnət arzulayıram. Amma indi yox, zamanında.
  24. Gecələr ay nur saçır.Amma çox az adam bilir ki,bu onun yox, günəşin nurudur.
  25. İnsanların varlı və kasıb olmasından asılı olmayaraq, məzarda onların var-dövləti eynidir.
  26. Ey insanlar etdiyiniz günahları şeytan məni yoldan çıxartdı deyərək, şeytanın üstünə atmayın. Bu bəhanə sizi günahlarınızın cəzasından xilas etməyəcək.
  27. Tək olduğunuzu düşünməyin.Belə düşünmək imansızlıqdandır.
  28. Hər təsbeh çevirən mömin deyil.
  29. Sevgi xoşbəxtliyin bünövrəsidir.
  30. Sevgi kimi üçün lap yaxın,kimi üçün isə əlçatmazdır.
  31. Mən sərxoşlara Salam vermirəm.Yapışırlar yaxamdan ki, niyə bizə Salam vermirsən?Yazıqlar olsun o adamlara ki, hələ də Salamın nə olduğunu bilmirlər.
  32. Alimin sözü bir olar,siyasətçinin isə min.
  33. Eşşəyin noxtasını qızıldan, palanını məxmərdən etsən də xasiyyəti dəyişməz.
  34. Balığın “pulu” olsa da,pulun nə olduğunu bilmir.
  35. Çoban itlə dostluğu canavarın qorxusundan edir.
  36. Allahım,məni fikrini dəyişməyənlərdən qoru.

158.Dəvənin nə eşşəklə,nə də ki,qoyunla dostluğu baş tutan deyil.

  1. Zırrama ilə zorən yoldaş olmağı heç kimə arzu etmirəm.
  2. Sevgi aləmi güllü,çiçəkli bir çəmənliyə bənzər.Hərə öz sevdiyini bu çəmənlikdə tapar.
  3. Yaradıcı insanlar,ruhlu insanlardır.Bu ruhu onlara allah verib.Bu ruhu onlardan allahdan başqa heç bir kəs ala bilməz.
  4. İnsan həyatının hər günü,hər saatı bir əsərdir.Sadəcə onu qələmə almaq lazımdır.
  5. Çox qəribədir.Yalan danışanlar doğru olduqlarını yalanla sübut etmək istəyirlər.
  6. Acını dadmasan şirinin qədrini bilməzsən.
  7. Su quşu yoxdur,suyu sevən quşlar var.
  8. Suyun qədrini balıqdan başqa heç kəs bilə bilməz.
  9. Allahım,duyğusuz insanları məndən uzaq et.
  10. Allaha sığınan kimsəsiz deyil.
  11. Bütün dünya müsəlmanlar,birləşin!
  12. Şəhidlərin qanı ilə sulanmış cənnətdə yaşayırıq.
  13. Sevgi dünyasına daxil olmaq asan,çıxmaq isə çox çətin məsələdir.
  14. Sevdiyinin sevgisini qazanmaq alınmaz bir qalanı almağa bənzər,amma özün isə bu qalanın əsirinə çevrilirsən.
  15. Sevgi yolu Pamir dağlarının yolundan çətindir.
  16. Azərbaycan Allahın yaratdığı bir muzeydir.
  17. Mənim aləmimdə Xəzər dənizinin ləpələrinin səsindən gözəl səs yoxdur.
  18. Ana demək üçün burnumun ucu göynəyir.İndiki ağlım olsaydı vaxtında gündə azı min dəfə ana deyərdim.
  19. Gözləmə ki,sənə əl uzatsınlar,çalış ki,özün birinci əl uzadasan.Heç bir əməl cavabsız qalmır.
  20. Günəşdən dəfələrlə böyük ulduzlar var.Amma onların sayəsində deyil,Günəşin sayəsində yaşayırıq.Ona görə ki,Günəş bizə yaxındır.Öz yaxınlarınızın qədrini bnilin.
  21. Xəyallar insanın aysberq həyatıdır.Onu da özündən başqa heç kim görmür.
  22. Səni görüb qorxdum.Məni qorxudan gözəllyindir.Bu gözəlliyin əsiri olmaq istəmirəm.
  23. Ən yaxşı gözəllik sadəlikdir.
  24. İnsan üçün ümid işığı Günəş işığından da güclüdür.
  25. Mənim dostlarım Günəş,mən isə onların peykiyəm.
  26. Hər iki əlimi dostlrıma uzadıram.Bu əllər bütün dostlarımın əllərini iki əllə sıxmağa yetər.
  27. Balıq susuz yaşaya bilmədiyi kimi mən də dostlarımsız yaşaya bilmərəm.
  28. Allahın işinə lap çaşıb qalmışam.Şeytan var ikən erməniləri niyə yaradıb?
  29. Müdriklərin sözündən nəticə çıxarmaq əqidəli insanlara məxsusdur.
  30. Mən səni dənizi sevdiyim qədər sevirəm.Mən səndən dənizdən qorxduğum kimi qorxuram.
  31. Mən səni gülü sevdiyim qədər sevirəm,amma sənə gül olmağı arzu etmirəm.Ona görə ki,gülün ömrü az olur.
  32. Deyirlər ki,su səhəngi suda sınar.Sənin sevgimə olan laqeydliyin mənim özümü sındırdı.
  33. Məni sevirsənsə “Səni sevirəm”-demə.Qoy bunu gözlərin desin.
  34. Qısqanclıq şübhə toxumudur.
  35. Sevgilinə inanırsansa onu qısqanma.Əgər qısqanırsansa,demək sənin sevgin şübhəlidir.
  36. Bir ağac bəsləyib böyütmək bir övlad böyütməyə bərabərdir.
  37. Asan sual: Dünya,səndən doyan oldumu?
  38. Ey əziz Allah,hər şeyi Sən yaratdın.İnsanı da,daşı da.Onda bəs daş qəlbli insanları kim yaratdı?
  39. Ey insanlar,gəlin yaddan çıxarmayaq ki,ömür müvəqqəti,ölüm daimidir.Geriyə isə yol yoxdur.
  40. Ey ulu Türk,artıq düşmənlərimizin bizə atdığı bumeranq geri qayıdır.
  41. Ey insanlar,ulduz olmağa çalışmayın.Çünki ulduzlar bir- birindən uzaqlaşır.Ulduz olub uzaqlaşmaqdansa zərrə olub birləşmək daha yaxşıdır.
  42. Demək olar ki, bütün şairlərə,yazıçılara,xadimlərə heykəl və ya abidə qoyulub. Amma onları bu zirvəyə çatdıran qələmə isə yox.
  43. Sevmək asan,onu qorumaq isə çox çətin.
  44. Ey türk şairi,sən belə dedin:-Keçmə namərd körpüsündən,qoy aparsın sel səni.Amma nə ermənilər,nə də yəhudilər üçün bunun fərqi yoxdur.
  45. Mən öləndən sonra vətənin bir ovuc torpağı olacağam.
  46. Ey Günəş allahı Ra,axı Günəş məni 8 dəqiqə aldadır.
  47. Gülüm mənim,səni sevdim.Səndən ayrıla bilmədim.Səni dərdim gülümə verdim.Sən solmağa başladın.İnsan sevgisi,sənin sevgin necə də qəribədir.
  48. –Ey mələk,sən necə də gözəlsən.Amma qanadların məni qorxudur.Hər zaman uçub gedə bilərsən.

– Ey insan,sənin də qanadlarının olmaması məni qorxudur.Biz heç zaman bir yerdə uça bilməyəcəyik.

  1. Heç kimin haqqını tapdalamaq olmaz.Bir gün o insanların ahı səni bu dünyada olmasa da axirətdə yandıracaq.
  2. Həyatda qazandığım uğurlara görə özümə bir dəfə,müəllimlərimə isə min dəfə minnətdaram.
  3. Nə qədər ki,yenə də çöhrəni qəmgin görürəm,

Bil ki,bu dünyanı deyil,sənin dünyanı görürəm.

  1. Mənə qəmin kəm demə.Bu qəm tək mənim deyil,hamımızın qəmidir.
  2. Müəllimin yetirmələri onun meyvələridir.Təəssüf ki,bu meyvələrin içərisində çürüyü də olur,qurdlusu da.
  3. Atalar deyib ki,düz düzdə qalar.Məncə yalan danışıb quyuya düşməkdənsə,elə düz danışıb düzdə qalmaq yaxşıdır.
  4. Ən çətin işlərin biri də çətin adama həqiqəti sübut edə bilməkdir.
  5. Həqiqəti etiraf etmək hər kişinin işi deyil.
  6. Təəssüf edirəm ki,sözün düzü çox adama acı gələr.
  7. İnsan sevərkən heç nəyə fikir vermir.Amma sonradan bilir ki,qızılgülün də tikanı varmış.
  8.  Var ikən yanımda yar,
     Güldü üzümə ruzigar.
  9.  Saf insanları aldatmaq çox asandır.Onları aldatmaq hünər deyil,alçaqlıqdır.
  10. Saflıq ideal insanlara məzsusdur.
  11. Saf insanların qədrini bil,onlara yaxınlaş,onlardan uzaqlaşsan saflığını itirərsən.
  12. Sənə sığınanı sən də qanadının altına al,peşman olmazsan.
  13. Məhəbbətdən pay olmur.
  14. Məhəbbəti dilənmək yox,qazanmaq lazımdır.
  15. Bir insanın məhəbbətini qazanmaq böyük qələbədir.
     

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma